Muay-tayçılarımız açıq Avropa kuboku yarışlarında 17 medal qazanıblar
Antalyada muay-tay üzrə açıq Avropa kuboku yarışları keçirilib.

Turnirə 23 idmançı ilə qatılan Azərbaycan milli komandası 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb.

Yeniyetmələrdən ibarət yığmamız komanda hesabında üçüncü olub.

İyirmi altı ölkədən mindən artıq idmançının iştirak etdiyi turnirdə millimiz Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 1274 dəfə oxundu.