Naxçıvanda keçirilən cüdo üzrə açıq birincilik başa çatıb
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə yeniyetmələr arasında keçirilən cüdo üzrə açıq birinciliyə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda (22 çəki dərəcəsi) 120 idmançı tatami üzərinə çıxıb.

Birinciliyin açılışında çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə sektorunun müdiri Tərlan Poladov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə məqsədi haqqında danışıb, iştirakçıları qaydalar haqqında məlumatlandırıblar.

Açıq birinciliyin yekununda hər çəki dərəcəsində ilk üç yerin qalibləri təşkilatçıların diplom və medalları ilə təltif ediliblər.

Xəbər 1000 dəfə oxundu.