Topaz Premyer Liqasının XII turunun oyunlarının hakimləri açıqlanıb
Topaz Premyer Liqasında XII turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Turun noyabrın 24-də saat 16:30-da start götürəcək açılış oyununu - “Keşlə” - “Qəbələ” matçını Rəvan Həmzəzadə idarə edəcək. Bu görüş “ASK Arena”da oynanılacaq.

Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”- “Sabah” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 19:00-da başlayacaq.

Noyabrın 25-də “Bayıl Arena”da oynanılacaq “Səbail”–“Neftçi” qarşılaşmasını hakim Rauf Cabbarov idarə edəcək. Bu görüş saat 17:00-da start götürəcək.

Həmin gün saat 19:00-da “Dalğa Arena” stadionunda başlayacaq “Zirə” - “Sumqayıt” qarşılaşmasında ədaləti təmin etmək Səbuhi Bayramova həvalə olunub.

Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, 11 turdan sonra turnir cədvəlinə 26 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 23 xalla ikinci, 20 xalı olan “Səbail” üçüncü, debütant “Sabah” isə 16 xalla dördüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (12), “Sumqayıt” (11), “Keşlə” (9) və “Zirə” (6) yer alıblar.

Xəbər 775 dəfə oxundu.