Vialli Del Pyeroya «get» deyir
«Yuventus»un keçmiş forvardı Canluka Vialli «Qoca Sinyora»nın Alessandro Del Pyero ilə müqaviləsini uzatmamaq qərarını düzgün sayır. İdman.com.az saytının məlumatına görə, turinlilər komandanın canlı əfsanəsinə böyük dəyər verirlər. Sitat:

«Əlbəttə, Del Pyero «Yuventus»un rəmzi və əfsanəsidir. Müqavilə blankını imzalayaraq Anyelliyə məbləği özünün yazmasını təklif etməsi də onu yaxşı tərəfdən xarakterizə edir. Ancaq mən hesab etmirəm ki, «Yuventus» Sandroya qurşaqdan aşağı zərbə vurub. Bu klub gələcəyini Del Pyerosuz görmək ixtiyarına sahibdir. Ehtiyat oyunçular skamyasında oturmaqla Del Pyero mənəvi cəhətdən onunla birgə orada olanları sıxmış olur. Onlar meydana çıxanda öz üzərilərinə məsuliyyəti götürə bilmirlər. Bu isə komandaya ziyandır».

Xəbər 1035 dəfə oxundu.