II Avropa Oyunları zamanı turistlər pulsuz və güzəştli imkanlardan yararlanacaqlar
Belarusun paytaxtı Minskdə 2019-cu ildə keçiriləcək Avropa Oyunları zamanı Minsk kartının xüsusi versiyası buraxılacaq.

Azsport.az saytının verdiyi xəbərə görə, bu kartlar yalnız ölkəyə gələn turistlərə şamil olunacaq. Turistlər bu kartla oyunlar ərəfəsində paytaxtın və ölkənin görməli yerlərini, tarixi abidələrini gəzmək üçün pulsuz və güzəştli imkanlardan istifadə edə biləcəklər. Kart yalnız 14 gün müddətində aktiv olacaq.

Qeyd edək ki, II Avropa Oyunları gələn il iyunun 21-dən 30-dək 15 idman növü üzrə Belarusun paytaxtı Minskdə keçiriləcək.

Xəbər 754 dəfə oxundu.