Ağsuda məktəb komandaları arasında basketbol üzrə rayon birinciliyi keçirilib
Ağsuda rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında respublika çempionatının proqramına daxil olan basketbol idman növü üzrə rayon birinciliyi keçirilib.

108 nəfər məktəblinin iştirak etdiyi, 9 ümumtəhsil tam orta məktəb komandası arasında keçirilən yarışlar iki gün davam edib.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda A.Nadirov adına şəhər 1 saylı məktəb-liseyin komandası I yeri tutub. II və III yerləri müvafiq olaraq şəhər 3 saylı tam orta və Cəlayir kənd tam orta məktəblərin komandaları qazanıblar.

Qalib komandalar rayon təhsil şöbəsinin diplomları ilə təltif olunublar.

Xəbər 645 dəfə oxundu.