Raul «Şalke»ni tərk edir
Son illər alman «Şalke»sinin simasına çevrilmiş ispan futbol ulduz Raul mövsümün sonunda gelzenkirhenliləri tərk edəcək. İdman.com.az saytının məlumatına görə, klub rəhbərliyi artıq onunla vidalaşmağa qərar verib. Raulun gedişi nəinki, «Şalke»yə, elə bütövlükdə Bundesliqaya da təsir göstərəcək.

Ancaq müqaviləsi yayda bitən futbolçu özünə yeni klub axtarmalı olacaq. Çox güman ki, bu klub elə Qətərin «Əl Əhli»si olacaq. Bununla yanaşı, Raulun ABŞ-a köç edərək MLS klublarından birinin formasını geyinəcəyi də istisna edilmir.
«Şalke»dəki karyerasında Raul 2 mövsümə 96 oyun keçirib və 39 qol vurub.

Xəbər 766 dəfə oxundu.