Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner həyatı keçirən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcəklər.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Qarşılaşma noyabrın 15-də Bayıl stadionunda keçiriləcək.

1992-ci il Rusiya çempionatının bombardiri olan V.Qasımov gələn il Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.

Xəbər 794 dəfə oxundu.