MMA üzrə milli komandamız Bəhreyndə dünya çempionatında iştirak edir
Noyabrın 11-də Bəhreyndə qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatına start verilib.

Mundialda Azərbaycan millisi də iştirak edir. Yığma komandamızın baş məşqçisi, dünya və Avropa çempionu Etiqad Atakişiyev və dünya, Avropa çempionu, məşqçi Heydər Məmmədəliyevin rəhbərliyi ilə çempionatda 7 idmançımız mübarizə aparır.

Yığmamızın heyətində Xəyal Qəhrəmanlı (56,7 kq), Rəşad İsmayılzadə (61,2 kq), İbrahim Məmmədəliyev (70,3 kq), Mehrac Zərbəliyev (77,1 kq), Aleksandr Əliyev (83,9 kq), Heydər Heydərov (93 kq) və Elgün Yusifov (120,2 kq) yer alıblar.

Dünya çempionatına noyabrın 18-də yekun vurulacaq.

Millimiz çempionatda Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi ilə yarışacaq.

Xəbər 1349 dəfə oxundu.