Cüdoçumuz Özbəkistanda bürünc medal qazanıb
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.

Beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

Xəbər 833 dəfə oxundu.