Boksçu Vətən Hüseynli millimizə növbəti lisenziyanı qazandırıb
Bu gün Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa olimpiya təsnifat turnirində yarımfinal görüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, təmsilsilərimizdən yalnız birinin çıxışı uğurlu olub. İngiltərəli Kallum Smitə qalib gələn Vətən Hüseynli (81 kq) finala çıxmaqla, eyni zamanda London-2012-ə vəsiqə qazanıb.

Ondan sonra rinqə Məhəmməd Əbdülhəmidov çıxmalı idi. 56 kq-da döyüşən boksçumuzun gürcüstanlı tərəf-müqabili Merab Turkadze olsa da, görüş baş tutmayıb. Rəqib zədə üzündən görüşə çıxmadığından, təmsilçimiz birbaşa finala vəsiqə qazanıb. Məhəmməd hələ yarımfinala çıxmaqla, olimpiya lisenziyası qazanmışdı.

Qeyd edək ki, Hüseynli Azərbaycan boksçularının Londona 7-ci, ümumilikdə idmançılarımızın 34-cü olimpiya lisenziyasının müəllifi olub.

Xəbər 1215 dəfə oxundu.