Bakının 2020-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün böyük şansı var

Bakının 2020-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün böyük şansı var.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Vitse-prezident bildirib ki, paytaxtımızın şansının böyük olmasına baxmayaraq, namizədin seçilməsinə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin üzvləri verəcəklər. Qərarın verilməsində subyektiv və obyektiv fikirlər öz rolunu oynayır. “Bakı-2020”nin Təşkilat Komitəsinin üzvləri BOK-un mayda Kanadının Kvebek şəhərində keçiriləcək iclasında iştirak edəcək və inanıram ki, paytaxtımız növbəti mərhələyə yüksələcək.
Bildirib ki, Moskvada təşkil olunan Beynəlxalq Olimpiya Komitəsi Assosiasiyalarının XVIII Baş Assembleyasında Bakının təqdimatı rəngarəngliyi ilə digərlərindən seçilib. Bizim təqdimatı dünya mətbuatı da yüksək qiymətləndirib.
BOK tərəfindən açıq təbliğatın keçirilməsinə icazə verilmədini bildirən Ç.Hüseynzadə bu istiqamətdə müəyyən addımların atıldığını da diqqətə çatdırıb. Bildirib ki, dünyanın məşhur “Eurosport” və “Euronews” televiziya kanallarında Azərbaycanla bağlı reklam çarxları göstərilir.

AzərTAc

Xəbər 993 dəfə oxundu.