Şəmkirdə voleybol üzrə rayon birinciliyi keçirilib
Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Şəmkir Olimpiya İdman Kompleksində voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Şəmkir rayon icra hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, uşaq-gənclər idman məktəbinin direktoru Namiq Mahmudov, rayon təhsil şöbəsinin əməkdaşı Südabə Vəliyeva, Uşaq Gənclər İdman–Şahmat Məktəbinin direktoru Rasim Pənciyev çıxışlarında ölkəmizdə, o cümlədən Şəmkirdə həyata keçirilən dövlət gənclər və idman siyasətinin uğurlarından danışıblar. Bildirilib ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsində artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır.

Yarışda rayonun 78 məktəbindən ümumilikdə 220-dən çox məktəbli gücünü sınayıb.

Qalib komanda zona mərhələsinə vəsiqə qazanıb.


Xəbər 781 dəfə oxundu.