Əfsanəvi boksçu yenidən rinqə qayıdır
Məşhur amerikalı boksçu Floyd Meyvezer yenidən döyüş meydanına qayıdır.

Azsport.az saytının verdiyi xəbərə görə, MMA döyüşü üzrə müqavilə imzalayan 41 yaşlı boksçu dekabrın 31-də yaponiyalı məşhur döyüşçü Tensin Nasukava ilə qarşılaşacaq.

20 yaşlı yaponiyalı idmançı bu təklifi süpriz olaraq qarşılayıb. Onu tərəddüd etmədən qəbul edən idmançı: “Bu həyatımda ən böyük məqamdır. Ümid edirəm ki, bu döyüşlə mən tarixdə yenilik edə biləcəm”. - deyə, bildirib.

Qeyd edək ki, Floyd Meyvezer sonuncu dəfə rinqə 2017-ci ilin avqust ayında çıxıb və irlandiyalı döyüşçü Konora Makqreqora qalib gəlib. O, 50 peşəkar döyüşün hamısından qalib ayrılıb.







Xəbər 1066 dəfə oxundu.