Gənclər arasında sambo üzrə açıq Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində gənclər arasında sambo üzrə açıq paytaxt birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 100-dən artıq idmançı mübarizə aparıb.

Yarışda Kənan Zeynallı (48 kq), Mehman Mehdizadə (52 kq), Nicat Məmmədli (57 kq), Hacıalı Qasımov (62 kq), Hikmət Əkbərov (74 kq), Ziyəddin Ziyadov (68 kq), Adil Adilzadə (74 kq), Ramil Abbasov (82 kq), Xəlil Cəlilzadə (90 kq), Elvin Tarverdiyev (100 kq) və Məhəmməd Məhəmmədzadə (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1234 dəfə oxundu.