Kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatına yekun vurulub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, yarışda 57 idmançı birincilik uğrunda mübarizə aparıb.

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilib.

Qadınlar arasında Aysel Cəfərova birinci, Altunay Hacıyeva ikinci, Samirə Babayeva isə üçüncü olublar. Kişilərin mübarizəsində Eynur Kazımov qızıl medal qazanıb. Tural Məmmədzadə yarışı ikinci, Elxan Haqverdiyev isə üçüncü pillədə başa vurublar.

Yarışda birinci yeri tutmuş Aysel Cəfərova gələn il keçiriləcək Azərbaycan çempionatına, kişilər arasında mükafata layiq yerlər tutmuş idmançılarla yanaşı, dördüncü-beşinci pillənin sahibləri birinci dəstəyə vəsiqə qazanıblar.

Mükafatçılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 809 dəfə oxundu.