Azərbaycan voleybolçusu karyerasını Polşada davam etdirəcək | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Polşada davam etdirəcək. Millimizin hücumçusu “Pila” klubu ilə müqavilə imzalayıb. Ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirən voleybolçumuz noyabrın 2-də yeni komandasında debüt edəcək. Belə ki, Polşa çempionatının ilk turunda “Lodz” komandası ilə görüşdə M.Əzizova “Pila”nın şərəfini qoruyacaq. |
|
Xəbər 903 dəfə oxundu. |
|
|