“Keşlə” klubu baş məşqçi Mladen Milinkoviç ilə yollarını ayırıb | |
Bakının “Keşlə” futbol klubu baş məşqçi Mladen Milinkoviç ilə yollarını ayırıb. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, Mladen Milinkoviç “Keşlə”yə cari il iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır. |
|
Xəbər 795 dəfə oxundu. |
|
|