Boccia idman növü üzrə Paralimpiya millimizin üzvü İtaliyada qızıl medal qazanıb
Boccia idman növü üzrə Paralimpiya millimizin üzvü İtaliyada keçirilən açıq regional turnirin qalibi olub.

İdmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında yarımfinalda sloveniyalı rəqibinə 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə idmançımız Ukrayna təmsilçisinə 4:1 hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, bu, boccia idman növü üzrə Paralimpiya milli komandamızın beynəlxalq yarışda qazandığı ilk medaldır.

Xəbər 780 dəfə oxundu.