Güləşçimiz İrina Netreba dünya üçüncüsü olub
Azərbaycan güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, İrina Netreba (65 kq) ilk görüşdə Peru təmsilçisinə qalib gəlib. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba növbəti mərhələdə çinli rəqibinə də şans verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçi ilə bacarmayıb. İrina bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb və bürünc medala sahib olub.

Xəbər 837 dəfə oxundu.