Astaralı idmançı Azərbaycan kuboku yarışında ən yüksək pilləyə yüksəlib
Ağdam Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Alpaqut döyüş sənəti üzrə gənclər arasında Azərbaycan kuboku yarışında astaralı idmançı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Noyabr ayında Bakı şəhərində idmanın bu növündə keçirilməsi nəzərdə tutulan dünya çempionatına hazırlıq məqsədi daşıyan yarışda astaralı idmançı Ağadədə Əliyev 85 kiloqram çəki dərəcəsində yarışın qalibi adını qazanaraq respublika kubokuna sahib olub.

Qeyd edək ki, Ağadədə Əliyev 2018-ci ilin avqust ayından Alpaqut Turan döyüş sənəti üzrə məşqçilik statusunu alaraq Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Astara rayon filialının sədri vəzifəsinə təyin edilib.

Astara Rayon Gənclər və İdman İdarəsində respublika kuboku yarışında uğur qazanmış Ağadədə Əliyevlə keçirilən görüşdə çıxış edənlər gənc idmançıya yeni-yeni qələbə sevinci arzulayıblar.

Xəbər 702 dəfə oxundu.