“Qəbələ”nin növbəti mərhələdəki rəqibi müəyyənləşib
UEFA Gənclər Liqası turnirində mübarizə aparan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası oktyabrın 24-də Moldovanın Tiraspol şəhərində “Şerif” komandasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə Almaniyanın “Herta” klubu ilə üz-üzə gələcək.

Berlin təmsilçisi birinci mərhələnin cavab oyununda səfərdə Polşa "Lex"ini 3:2 hesabı ilə üstələyib. Komanda doğma meydandakı matçda isə rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Qəbələ" və "Herta" klubları arasında ilk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də Almaniyada keçiriləcək.

Xatırladaq ki, "Qəbələ" UEFA Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Xəbər 827 dəfə oxundu.