«Liverpul» və «Arsenal» Kalunu izləyirlər
«Liverpul» və «Arsenal» «Çelsi»nin forvardı Salomon Kaluya maraq göstərirlər. İdman.com.az saytının məlumatına görə, futbolçu bu ay sərbəst agent status alacaq. Kalunun «Stemford Bric»də qalacağına şübhə böyükdür. Hücumçu həftəlik 80 min funtluq maaşdan imtina edib. Üstəlik də, klubdakı bir neçə ilində o özünü göstərə bilməyib.

Yayda sərbəstlik qazandıqdan sonra, o karyerasını harada davam etdirmək barədə özü qərar verə biləcək. Ancaq istənilən halda İtaliya, İspaniya və Türkiyə klublarının diqqət mərkəzində olan futbolçu Premyer Liqada qalmaq istəyir. Kalunu diqqətlə izləyən klubların sayı artıq 12-ni aşıb. «Liverpul»la «Arsenal» da onların sırasındadılar. «Topçular»ın baş məşqçisi Arsen Venger çoxdan Kalunun böyük pərəstişkarı kimi tanınır.

Xəbər 1004 dəfə oxundu.