Bolqarıstan-Azərbaycan oyununda qalib müəyyənləşməyib
Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, komandalar arasında növbəti oyun oktyabrın 25-də keçiriləcək.

Xəbər 934 dəfə oxundu.