Ağır atletika üzrə Azərbaycan millisi Avropa birinciliyində ilk medalını qazanıb
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Milli komandamızın heyətində ilk olaraq yaşı 20-dək olan qızların yarışında körpücük üzərinə Səbinə Əzizova (53 kq) çıxıb. Səbinə birdən qaldırma hərəkətində 76 kiloqramı ram edərək 7-ci yeri tutub.

Səbinə Əzimova təkanla qaldırma hərəkətində isə daha yaxşı çıxış edib və fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kiloqramı qaldıraraq Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 176 kiloqram (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.

Qeyd edək ki, Səbinə Əzimova yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibidir.

Xəbər 1151 dəfə oxundu.