Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq
Oktyabrın 29-dan noyabrın 1-dək Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı keçiriləcək.

“Məktəblərdə futbol” mövzusunda keçiriləcək seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcəklər.

UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.

Xəbər 778 dəfə oxundu.