Balotelli evlənir
«Mançester Siti»nin forvardı Mario Balotellinin sevgilisi Rafaella Fiko onunla yaxın vaxtlarda nigaha girəcəklərini bəyan edib. İdman.com.az saytının məlumatına görə, o, əksini düşünənlərə hiddətlənərək deyib:

«Siz deyəndə ki, bizim münasibətlər sona çatıb, heç nə başa düşmürəm. Anlamıram ki, insanlar belə şeyləri necə danışa bilirlər. Biz nikahı planlaşdırırıq və toy yaxın vaztlarda olacaq. Etirazınız yoxdusa, dəqiq gününü hələ deməyəcəyəm».

Bu yaxınlarda «Siti»nin sükançısı Roberto Mançini də Balotelliyə tezliklə evlənməyi məsləhət görmüşdü. Rafaellanın sözlərinə görə, Mario məşqçinin sözlərinə qulaq asdı və öz qərarını verdi.

Xəbər 1014 dəfə oxundu.