Premyer Liqa qəhrəmanları onluğa sığmırlar
İngiltərə Premyer Liqası 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Yubiley təbdirin bir sıra nominasiyaları olacaq. İdman.com.az saytının məlumatına görə, burada bəzi seçimdə azarkeşlər, bəzilərində isə liqa rəhbərliyi qərar verəcəklər.

Premyer Liqa 20 ilin 10 ən böyük adı siyahısını tərtib edib və oraya Dennis Berqkampı, Erik Kantonanı, Rayan Giqqzi, Tyerri Anrini, Roy Kini, Kriştiano Ronaldonu, Pol Skoulzu, Alan Şireri, Patrik Vyeranı və Canfranko Zolanı daxil edib.

Siyahı çox mübahisələrə səbəb olub. Burada bir sıra əfsanəvi ulduzları görmək olmur. O cümlədən Uyen Runini, Devid Bekhemi, Stiven Gerradı, Frenk Lempardır.

Xəbər 1022 dəfə oxundu.