Atletlərimizin “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlığı müzakirə olunub
Milli Paralimpiya Komitəsində (MPK) atletika idman növü üzrə Paralimpiya millimizin üzvlərinin iştirakı ilə iclas keçirilib.

MPK-nın prezidenti İlqar Rəhimovun rəhbərliyi altında iclasa atletika idman növü üzrə milli komandanın baş məşqçiləri, şəxsi məşqçilər və idmançılar qatılıblar.

İclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.

Xəbər 868 dəfə oxundu.