Romario Braziliya yığmasına ümid bəsləmir
Bütün Braziliyanın bir arzuyla yaşamasını demək heç də mübaliğə olmaz – ölkə yığmasının 2014-cü il evdəki dünya çempionatının qalibi olması arzusu ilə. Ancaq Braziliya yığmasının özü son zamanlar öz azarkeşlərini heç də sevindirmir, əksinə qorxudur. Son Amerika Kubokundakı uğursuzluqlar hələ unudulmayıb. Elə yoldaşlıq görüşlərində də komanda heç də inamlı görünmür.

İdman.com.az saytının məlumatına görə, belə vəziyyətdə yığmanı tənqid edənlər hədsiz çoxalıb. Onların sırasında 1994-cü ildə dünya çempionu olmuş əfsanəsi Romario da var. Romarionun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, yığma ev mundialında heç nəyə ümid bəsləyə bilməz: «İndiki komanda bir zibil yığnağıdı. Belə vəziyyətə bizə dünya çempionatında qrupdan çıxmaq belə çətin olacaq. Baxmayaraq ki, konfederasiyanın rəhbəri Xose Mariya Marina dünya çempionatına yığmanın tam başqa olacağına əmin edir. Nəticə lazımdı. Bizim iki ilimiz var çempionatda biabır olmamalıyıq».

Ölkənin futbol konfederasiyasının rəhbərliyi də hazırkı durumdan narahatdı və yığmanın baş məşqçisi Menesə ultimatum verib. Bu bəyanatda Braziliya yığması 2012-ci il London olimpiadasında qalib olmasa, Menesin vəzifəsindən gedəcəyi bildirilir.

Xəbər 974 dəfə oxundu.