Avelanjın vəziyyəti yaxşı deyil
Braziliyalı həkimlər FİFA-nın eks-prezidenti, 95 yaşlı Joao Avelanjın səhhətinin çox pis olduğunu elan ediblər. İdman.com.az saytının məlumatına görə, onun səhhətinin pisləşməsi ürək və ağ ciyərinin funksiyasının zəifləməsi ilə bir vaxta baş verib. Onu müalicə edən həkim Joao Filyo deyib: «Avelanjın arterial təzyiqini nəzarətdə saxlamaq və ürəyinin fəaliyyətini normallaşdırmaq üçün ona xüsusi preparatlar yeritməli olmuşuq. Onu ciddi diqqət altında tutmaq vacibdir».

FİFA-nın keçmiş prezidenti martın 18-də bakterial yoluxma və sağ ayağının topuğunda irinləmə səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bir həftə öncə braziliyalını ürək və nəfəsalmasında problemlər yaranması səbəbindən reanimasiyaya yerləşdirmək lazım gəlmişdi. Avelanj xüsusi aparatın köməkliyi ilə nəfəs alırdı.

Avelanj FİFA-nın prezidenti kürsüsünü 1974-cü ildən 1998-ci ilədək öz əlində saxlayıb. Daha sonra onu qurumun hazırkı rəhbəri Zepp Blatter əvəzləyib.

Xəbər 969 dəfə oxundu.