Yeniyetmə və gənc samboçularımız dünya birinciliyində qüvvələrini sınayacaqlar
Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi keçiriləcək.

Yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində ümumilikdə 18 idmançı mübarizə aparacaq. Samboçularımız milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin, yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi ilə çıxış edəcəklər.

Yeniyetmələrin mübarizəsində ölkəmizi 10 idmançı - Əli Sadıqov (48 kq, 10 №-li UGİM), Nicat Məmmədli (52 kq, 6 №-li UGİM), Hüseyn Hüseynov (56 kq, Gəncə), Vilayət Bayramov (60 kq Gəncə), Emin Haqverdiyev (65 kq, “Neftçi” İK), Ağani Məmmədov (70 kq, “Neftçi” İK), Vüqar Ağcayev (75 kq, “Zenit” İC), Rəvan İsgəndərli (81 kq, 9 №-li UGİM), Xəlil Cəlilzadə (87 kq, Yasamal İK), Nizami Hacıyev (+87 kq, Gəncə) təmsil edəcək.

Gənclərin yarışında isə 8 samboçu - Mehman Mehdizadə (52 kq, “Neftçi” İK), Eyvaz Baxşıyev (57 kq, “Neftçi” İK), Fuad Məmmədov (62 kq, “Sərhədçi” İK), Ziyəddin Ziyadov (68 kq, “Sərhədçi” İK), Asim Əhmədov (74 kq, Yasamal İK), Hüseynəli İskəndərov (82 kq, “Neftçi” İK), Sənan Hüseynov (90 kq, “Neftçi” İK, Ayxan Cəfərov (+100 kq, Gəncə) mübarizə aparacaq.

Yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev dünya birinciliyində iştirak edəcək samboçuların potensialının yüksək olduğunu və komandadan yaxşı nəticələr gözlədiyini bildirib: “Hər iki yığmanın heyətində yer alan idmançıların yüksək potensialı var. Bunlardan Eyvaz Baxşıyev, Fuad Məmmədov, Vüqar Ağcayev, Nicat Məmmədli, Asim Əhmədovun adlarını çəkə bilərəm. Gənclərdən Eyvaz Baxşıyevi və Fuad Məmmədovu kişilərdən ibarət yığmaya dəvət etmək fikrimiz var. Ümumiyyətlə, yeniyetmə və gənclərin qüvvələrinə baxış keçirmək baxımından dünya birinciliyi böyük əhəmiyyət daşıyır”.

Baş məşqçi deyib ki, gənclərdən ibarət komandada mübarizə aparan idmançıların çəkiləri böyüklərin çəki dərəcələri ilə eyni olduğuna görə nəticə qazanan idmançılara ikinci Avropa Oyunlarına köməkçi xallar veriləcək.

Dünya birinciliyinə oktyabrın 15-də yekun vurulacaq.

Xəbər 1218 dəfə oxundu.