Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında respublika birinciliyi keçiriləcək
Oktyabrın 22-də “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının (TİC RŞ) təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin komandaları arasında respublika birinciliyinə start veriləcək.

“Gənclik” TİC RŞ-dən verilən məlumata görə, təqvim planına dörd idman növü - şahmat, dama, stolüstü tennis və voleybol daxildir. Şahmat yarışları ilə start götürəcək respublika birinciliyi noyabrın 7-nə qədər davam edəcək. Şahmat, dama, stolüstü tennis yarışları Bakı 2 saylı Tibb, voleybol turniri isə Azərbaycan Dövlət Pedaqoji kolleclərin idman zallarında keçiriləcək.

Tələbələr arasında respublika birinciliyinin təşkilində əsas məqsəd idmanın kütləviliyini təmin etmək, gənclərin sağlamlığını möhkəmləndirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin komandaları arasında respublika birinciliyi iki ildən bir keçirilir.

Xəbər 833 dəfə oxundu.