Əjdər Cəfərov Xosrov oğlu
Əjdər Cəfərov 7 oktyabr 1985-ci ildə Bakıda doğulub. Atası Xosrov müəllim üzün müddət yeniyetmə sərbəst güləş millisinin baş məşqçisi olub. Orta təhsilini 199 saylı məktəbdə alıb. Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” (2011) və Prezident yanında İdarəçilik Akademiyasının “Dövlət idarəçilik” fakültələrini (2015) bitirib.

2006-cı ildə keçmiş 1-ci vitse-prezident Cavanşir Qurbanovun dəvətinə əsasən, Azərbaycan Güləş Federasiyasında işə başlayıb. Çalışqanlığına görə yeni rəhbərlik – federasiya prezidenti Fazil Məmmədov 2009-cu ildə hakimlər kollegiyasının sədriliyini ona tapşırıb.

1-ci vitse-prezident Namiq Əliyevin təqdimatına əsasən, 2011-ci ildə avqustun 15-də sərəncamla baş katib təyin edilib. Bu vəzifədə 2016-cı ilin fevralın 4-ə qədər işləyib.

5-6 yanvar 2011-ci ildə ABŞ-ın Florida ştatında keçirilmiş FİLA-nın hakimlər kollegiyasının qərarına əsasən ən yüksək – “olimpiya” dərəcəsinə layiq görülüb.
Sinqapur-2010 yeniyetmələrin olimpiadasında və London-2012 yay olimpiya oyunlarında referilik edib.

Dünya Güləş Birliyi tərəfindən Bakı-2015 ilk Avropa oyunlarında yarışların əlaqələndiricisi olub.

Nanjin-2014 yeniyetmələrin olimpiya oyunlarına 5 mümkün vəsiqənin hamısına yiyələnən komandamız, Çində 3 qızıl və 2 gümüş medal qazanıb.
2014-cü ildə Xorvatiya paytaxtı Zaqrebdə təşkil edilən gənclərin dünya birinciliyində yunan-Roma güləşçilərimiz 5 qızıl, 1 gümüş; qızlarımız 1 qızıl, 2 bürünc; sərbəst güləşçilərimiz 2 gümüş və 1 bürünc medala yiyələniblər. “Klassiklər”imizin bu uğuru indiyədək qazanılan ən yüksək nəticədir.
Böyüklərdən ibarət yunan-Roma güləş millimiz 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən dünya kubokunda tarixində ilk dəfə baş mükafata sahib çıxıb. Əjdər Cəfərovun baş katibliyi dönəmində sərbəst güləşçilərimizin bu yarışda ən böyük uğuru 2012-ci ildə Bakıda 2-ci yer tutmasıdır. Bundan başqa, dünya çempionatlarında cəmdə 5 qızıl, 9 gümüş və 13 bürünc; Avropa çempionatlarında 5 qızıl, 6 gümüş və 12 bürünc medalın qazanılması da onun dövrünə düşür.
Sözsüz ki, ölkə idman həyatında ən yadda qalan hadisə London-2012 yay olimpiya oyunlarıdır. Gənc baş katibin qurduğu proqram artıqlaması ilə öz bəhrəsini verdi: 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Bu nəticə nəinki güləş, müstəqillimizin olimpiya oyunları tarixinin ən yüksək uğurudur.

2011-ci ildə Əməkdar məşqçi adını alıb

2012-ci ildə “Tərəqqi” medali ilə təltif edilib

2015 “Azərbaycan pespublikasının prezidentin fəxri diplomu”na layiq görülüb

Əjdər Cəfərov hazırda “Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktor vəzifəsində çalışır.




Xəbər 4386 dəfə oxundu.