Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti cənab Mahir Məmmədova | |
Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram. Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 oktyabr 2018-ci il. |
|
Xəbər 1676 dəfə oxundu. |
|
|