Azərbaycan Həndbol Federasiyasının hakimləri Türkiyəyə yollanıblar
Azərbaycan Həndbol Federasiyasının hakimləri kişilər arasında keçirilən “Challenge Cup” yarışlarına təyinat alıblar.

Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları “Selka” (Türkiyə)-“OIF Arendal” (Norveç) oyununu idarə edəcəklər.

Qarşılaşma oktyabrın 6-da Eskişehir şəhərindəki “Porsuk” idman salonunda keçiriləcək.

AZƏRTAC

Xəbər 877 dəfə oxundu.