Voleybolçularımızın dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Voleybolçularımız ikinci mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.

Millimiz oktyabrın 7-də İtaliya, bir gün sonra Çin, ayın 10-da Türkiyə, ertəsi gün isə Bolqarıstan ilə qarşılaşacaq.

Yığmamız ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.

Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.

Xəbər 824 dəfə oxundu.