Göyçayda uşu idman növü üzrə ölkə birinciliyi keçiriləcək
Oktyabrın 12-14-də Göyçay Olimpiya İdman Kompleksində uşu idman növü üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Çinda və vin çun versiyaları üzrə baş tutacaq yarışda 200-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Çinda yarışları 3, vin çun yarışları isə 1 yaş kateqoriyası üzrə təşkil olunacaq.

Birincilik Avropa Uşu Federasiyasının qaydalarına əsasən keçiriləcək.

Xəbər 919 dəfə oxundu.