“Araz” futzal kubu Maltanın “Valetta” komandası ilə qarşılaşacaq
Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək.

Ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Eşler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, ilk oyunda “Araz” Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olub.

Xəbər 648 dəfə oxundu.