Əlil arabasında idman rəqsi üzrə Azərbaycan millisi Tayvanda çıxış edəcək
Oktyabrın 4-8-də Tayvanın Taypey şəhərində əlil arabasında idman rəqsi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildiriblər ki, turnirdə ölkəmizi Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edəcəklər.

Millimiz turnirdə “Pasha Travel” turizm şirkətinin dəstəyi ilə iştirak edir.


Xəbər 1547 dəfə oxundu.