Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatıb
Azərbaycan Milli Karate Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən IX “Baku Open” beynəlxalq karate turniri başa çatıb.

Federasiyadan bildiriblər ki, üç gün davam edən yarışda 12 ölkədən 850-dək idmançı mübarizə aparıb.

Turnir çərçivəsində dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib.

Gələn il ənənəvi “Baku Open” beynəlxalq karate turnirinin on illik yubileyinin daha geniş miqyasda təşkil edilməsi nəzərdə tutulub.


Xəbər 844 dəfə oxundu.