Güləşçilərimiz dünya çempionatının hazırlığına başlayırlar
Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq prosesinə ilk olaraq sərbəst güləş üzrə millimiz start verib. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında bu gündən Olimpiya Güləş Mərkəzində başlayan məşqlər oktyabrın 18-dək davam edəcək.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yunan-Roma güləşçilərimiz sabahdan baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin başçılığı altında mundialın hazırlığına start verəcək. Təlim-məşq toplanışı oktyabrın 23-də yekunlaşacaq.

Qadınlardan ibarət yığmamız isə dünya çempionatına Türkiyədə hazırlaşacaq. Oktyabrın 5-dən 20-dək baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında İstanbulda toplanış keçəcək millimiz Macarıstana da Türkiyədən yola düşəcək.

Xəbər 1014 dəfə oxundu.