FIFA referimiz Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb
FIFA referimiz Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

O, futzal üzrə UEFA Çempionlar Liqasının əsas təsnifat mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

“Sportinq” (Portuqaliya), “Kayrat” (Qazaxıstan), “Lida” (Belarus) və “Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.

Xəbər 907 dəfə oxundu.