Ağdamda “Açıq əyləncəli futbol məktəbi” layihəsində 200 uşaq və yeniyetmə iştirak edib
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 200 uşaq və yeniyetmə iştirak edib.

Olimpiya İdman Kompleksinin futbol meydançasında keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sabir Hacıyev və Aqil Abbas çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, “Açıq əyləncəli uşaq futbol məktəbi” layihəsinin gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geyinmiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Xəbər 1144 dəfə oxundu.