Araz bir aydan sonra ad günündə meydana çıxdı
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev 1 aylıq fasilədən sonra yenidən yaşıl meydana çıxıb. İdman.com.az saytının məlumatına görə, “Panionios” klubunun yarımmüdafiəçi Yunanıstan Superliqasının 29-cu turunda “Ksanti” ilə görüşün 67-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib. Həmyerlimiz, dünən, həm də 20 yaşını qeyd edib. Nəticəyə gəldikdə, matç heç-heçə bitib (1:1).

Xəbər 1108 dəfə oxundu.