“Sumqayıt-2” I Divizion çempionatının lideridir
I Divizionda 5-ci turun oyunlarına start verilib. “Sumqayıt” futbol klubunun əvəzedici komandası qələbələrini sıralamaqda davam edir. “Sumqayıt-2” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ-2” ilə qarşılaşıb.

Elbrus Məmmədovun yetirmələri 3 xalı 3 qolla əldə ediblər. Komandanın qollarını Murad Xaçayev, Əli Əliyev və Elvin Nəsibov vurublar.

Qeyd edək ki, “Sumqayıt-2” I Divizionda meydana çıxdığı 5 qarşılaşmanın hamısını qələbə ilə başa vurub. Komanda çempionatın vahid lideridir.

AZƏRTAC

Xəbər 697 dəfə oxundu.