Daşkəsən rayonunda stolüstü üzrə rayon birinciliyi keçirilib
Sentyabrın 25-26-da Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “21 sentyabr Beynəlxalq Sülh günü” münasibətilə ümumtəhsil məktəblərinin 2002-2004-cü il təvəllüdlü şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışda məqsəd “21 sentyabr Beynəlxalq Sülh günü”nün qeyd olunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub. Yarışda 21 nəfər idmançı iştirak edib. Gərgin keçən mübarizənin sonunda A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdi Məmmədov Fuad İnqlab oğlu birinci, S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Fərid İntiqam oğlu ikinci, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi Əlizadə Elariz Hafiz oğlu isə üçüncü yerə layiq görülüb.

Qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunub.

Xəbər 919 dəfə oxundu.