"Araz" futzal klubu oyunçuların ilkin siyahısını UEFA-ya göndərib
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Araz" futzal klubu oyunçuların ilkin siyahısını UEFA-ya göndərib.

Baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib.

Heyətdə qapıçılar - Rövşən Hüseynli, Emin Kürdov, Vladislav Reznov, oyunçular - İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Adəm Həbibov, Samir Həmzəyev, Ruzigar İbrahimzadə, Elşən İbramxəlilov, Adil İsmayılov, Nihad İsmayılov, Kənan Manafov, Emin Mikayılov və Oktay Rüstəmli yer alıblar.

Əsas qrup mərhələsi çərçivəsində təmsilçimiz Slovakiyada meydan sahibi ilə yanaşı, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. "Araz" oktyabrın 3-də "Vytis" (Litva), bir gün sonra Maltanın "Valletta" komandası, oktyabrın 6-da isə "Luçenec" (Slovakiya) ilə qarşılaşacaq.

Xəbər 725 dəfə oxundu.