Azad Rəhimov Küveytli həmkarı ilə gənclər və idman sahəsində müzakirələr aparacaq
Gənclər və idman naziri Azad Rəhimov, Küveyt dövlətinin gənclər və idman üzrə baş komitəsinin direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti ilə dünən bu ölkəyə səfərə edib. İdman.com.az saytının məlumatına görə, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq, iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Səfər 22 aprel tarixinədək davam edəcək.

Xəbər 1454 dəfə oxundu.