Bakıda Kütləvi Futbol Həftəsi festivalı təşkil ediləcək
Sentyabrın 24-dən 30-dək “Grassroots” həftəsi çərçivəsində “Enjoy with football” layihəsi reallaşacaq.

Layihə çərçivəsində sentyabrın 25-də Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda, sentyabrın 27-də Dənizkənarı Milli Parkda, sentyabrın 29-da isə Heydər Əliyev Mərkəzinin (Bakı şəhəri) ərazisində AFFA tərəfindən 6-13 yaşlı uşaqların iştirakı ilə Kütləvi Futbol Həftəsi (Grassroots Week) festivalı keçiriləcək.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Xəbər 634 dəfə oxundu.